Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycan yurdum mənim”

28.12.2017

28 dekabr 2017-ci il tarixində  M.İsmayılov  adına  diyarşünaslıq evində MKS-nin  N.Nərmanov adına  8 saylı filialı ilə birgə  Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və  Yeni il  bayramı  münasibəti ilə “Azərbaycan yurdum mənim” adlı ədəbi-bədii  gecə keçirildi. Tədbiri məktəbin 8-ci sinif şagirdləri  Manaflı Rəqsanə və Seyidzadə Aytac açaraq Həmrəylik Günü haqqında məlumat erdilər: “Xalqımız müstəqillik arzusunu  həqiqətə  çevirmək üçün  şərəfli və  çətin  mübarizə yolu keçmişdir. XIX  yüzilliyin  əvvəllərində  Gülüstan və Türkmənçay  müqaviləsinə əsasən  Azərbaycan torpaqları  iki yerə bölündü.  1989-cu il  dekabrın  sonunda ilk dəfə  Naxçıvanda  İran və Türkiyə ilə  aradakı tikanlı məftillər dağıdıldı.  Beləliklə 1989-cu ildən dekabrın 31-i Dünya  Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd edilir.

Tədbirə  Şaxta baba və  Qar qızın  gəlişi böyük bayrama çevrildi. Şaxta babaya  körpə  fidanların  töhfəsi  mahnılar,  rəqslər və  şeirlər oldu.  Tədbir uşaqların  rəqsi ilə başa çatdı.

 

286.9 KB

 

128.9 KB

 

127.3 KB