Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Uşaq kitab karvanı” layihəsi çərçivəsində növbəti tədbir Qax rayonunda təşkil edilib

29.10.2018

"Uşaq kitab karvanı” layihəsi çərçivəsində növbəti tədbir Qax rayonunda təşkil edilib. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşıb. Tədbiri ŞRMİ Qax rayon üzrə məsləhətçisi Dilarə Əzizova açaraq qonaqları salamlamış və tədbirin əsas məqsədini məramını iştirakçılara çatdırmışdır. Tədbirdə Əməkdar Mədəniyyət işçisi Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru çıxış edərək Qaxlı oxucuları salamlamışdır. Çıxışında qeyd etmişdir ki, Uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə görə 7-14 yaşı əhatə edir. Respublikamızda nəşr olunan uşaq ədəbiyyatı inciləri uşaqların ixtiyarına verilir. Azərbaycan dövləti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb. Sonra söz “Uşaq kitab karvanı”nın tərkibində tədbirə gələn uşaq yazıçılarından Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanovaya verilib.

 

46.8 KB

 

50.8 KB

 

51.7 KB