Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Dövlət Rəsm Qalereyasında “Dünyaya baxış” adlı sərgi keçirildi

27.12.2017

31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edir.

Bu əlamətdar gün münasibətilə Şəki Dövlət Rəsm Qalereyasında 18 saylı orta məktəb şagirdlərinin rəsmlərindən ibarət “Dünyaya baxış” adlı sərgi keçirildi. Tədbirdə şagirdlər “Yaşa Azərbaycan” adlı kompozisiya ilə çıxış etdilər. Şagirdlərin söylədikləri şeirlər və rəqslər yadda qalan oldu. Sərgidə 15-dən çox şagirdin 100-ə yaxın rəsmi nümayiş edildi. Tədbirin sonunda Gənclər və İdman İdarəsinin rəis müavini Səbahət Bağırova və Uşaq İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva tərəfindən rəsmlərə baxış keçirildi və qiymətləndirilmə edildi. Fərqlənən şagirdlər diplomlarla təltif olundular.

 

85.3 KB

 

44.3 KB

 

59.3 KB