Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Arzu təzə, il təzə”

29.12.2017

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Zaqatala rayonunda “Arzu təzə, il təzə” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə yola saldığımız 2017-ci ilin Zaqatala rayonunun həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, Zaqatalalılar il ərzində ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər əldə edib, rayonun sosial-iqtisadi inkişafına layiqli töhfələrini veriblər. 2017-ci il zaqatalalılar üçün həm də Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Avqustun əvvəlində gerçəkləşən səfər zamanı dövlətimizin başçısı bir sıra istehsal müəssisələrinə baş çəkib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon fəallarının, ağsaqqal və gənclərin qatıldığı bayram tədbirində çıxış edənlər 31 dekabrın Azərbaycan xalqının tarixində ən yaddaqalan və şərəfli günlərdən biri olduğunu vurğulayıblar. Bildirilib ki, müstəqilliyinin əbədiliyini və dönməzliyini bütün dünyaya elan edən Azərbaycan Respublikasının vətəndaşları, eləcə də Yer kürəsinin müxtəlif guşələrində yaşayan 50 milyondan artıq azərbaycanlı hər il bu tarixi günü böyük həvəslə qeyd edir.

Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2017-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi, idman və mədəni həyatında fərqlənən zaqatalalılara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Təltif olunanlar sırasında Heydər Əliyev Mərkəzinin direktoru hörmətli Famil Rəhimov da olmuşdur. Mərkəzin direktoru rayonun ictimai – siyasi, mədəni həyatında fəallığına və işində fərqləndiyinə görə bu mükafata layiq görülmüşdür.

 

86.8 KB

 

74.5 KB

 

82.1 KB