Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlarının həmrəylik günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilmişdir

29.12.2017

29 dekabr 2017-ci il tarixində Qax rayon İcra Hakimiyyətinin qarşısındakı  meydanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş şənlik keçirilmişdir. Meydandakı səhnə bayramsayağı bəzədilmişdir.  Aparıcılar səhnəyə çıxaraq tamaşaçıları bayram münasibətilə təbrik etdilər. İlk musiqi çələngini Lalə İlyasova təqdim etdi. Rayon İcra Hakimiyyətinin başçısı  M.Şəkiliyev cənabları rayon ictimaiyyətini təbrik edərək, ölkəmizin keçən ildə qazandığı uğurlardan söz açdı. Rəngarəng musiqilər bir-birini əvəz etdi. Meydana gələn Şaxta baba və Qar qız uşaqlarla birlikdə yolka ətrafında rəqs etdilər. Sonda Bakıdan dəvət olunmuş müğənnilər çıxış etdilər.

 

214.3 KB

 

231.9 KB

 

236.9 KB