Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regional idarənin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə karnaval təşkil etmişdir

28.12.2017

28 dekabr 2017-ci il tarixdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Şəkidə yerləşən “Çələbi Xan” restoranında 31 mart Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə karnaval təşkil etmişdir. Karnavalda regional idarənin əhatə etdiyi şəhər və rayonların mədəni-maarif müəssisələrinin rəhbərləri iştirak etmişdi. İlk öncə çıxış üçün söz regional idarənin rəisi Mirvari xanım Zeynalovaya verildi. Mirvari xanım əvəlcə hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il mnasibətilə təbrik etdi, onlara cansağlığı, işlərində uğurlar, bol ruzi və bərəkətli il arzuladı, daha sonra dekabr ayında ayında 50 və 60 yaşları tamam olan idarənin əməkdaşları Fərhad Acırqayev və Dilbazi İsmayılovaya Fəxri Fərman və hədiyyələr təqdim etdi. Tədbir boyunca regional idarəni əhatə edən bölgələri təmsil edən nümayəndələrin hər birinə öz ürək sözlərini söyləmək üçün söz verildi. “Zirvə” Xalq İnstrumental ansamblının müşayiəti ilə şən musiqilərin sədaları altında rəqslər ifa olundu, lotoreya oyunu təşkil edildi və qaliblərə hədiyyələr təqdim edildi. Şaxta baba və Qar qızın gəlişi tədbirin daha da şən və maraqlı keçməsinə səbəb oldu.     

 

186.5 KB

 

189.2 KB

 

171.9 KB