Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində film nümayişi davam edir

25.12.2017

Sentyabr ayının 15-dən etibarən Azərbaycan istehsalı olan kino və cizgi filmlərin mütəmadi şəkildə hər həftə Heydər Əliyev Mərkəzində nümayiş olunması ilə əlaqədar olaraq 25-26 dekabr 2017-ci il tarixlərində Muxax kənd 1 saylı tam orta məktəbin və rayon Humanitar fənlər gimnaziyasının müəllim və şagird heyəti Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Qonaqlar ilk öncə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar haqqında məlumat almış, daha sonra isə Mərkəzin fəaliyyəti ilə yaxından tanış olumuşlar. Ziyarətçilərə məlumat verilmişdir ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan kino sənətinin ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamasından, onun mədəniyyətimizə təsirindən, adı çəkilən sahənin özünün ayrılıqda böyük bir mədəni anlayışı əhatə etməsindən qonaqlara məlumat verilib. Daha sonra isə şagirdlər Azərbaycan istehsalı olan  filmə tamaşa etmişlər.

 

2.9 MB

 

1.2 MB