Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir

23.12.2017

23 dekabr 2017-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “Uğurlu illər” adlı bayram tədbiri keçirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzi və rayon incəsənət məktəbi ilə birgə təşkil olunmuşdur. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, İncəsənət Məktəbinin direktoru Fərhad Acırqayev, Mədəniyyət Mərkəzinin əməkdaşları, Heydər Əliyev Mərkəzinin dərnək üzvləri və qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov açan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə  tədbir iştirakçılarını təbrik etib, onlara ən xoş arzularını çatdırıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, bunu Dahi Liderin uğurlu siyasətinin ən böyük addımlarından biri olduğunu vurğulamışdır. Bu siyasətin indi də Ulu Öndərin layiqli davamçısı tərəfindən uğurla aparıldığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bu günün əhəmiyyətinin dünya azərbaycanlıları arasında birliyin, dostluğun, siyasi – iqtisadi və mədəni münasibətlərin genişlənməsində, Vətənimizin xaricdə ləyaqətlə, uğurla təmsil və təbliğ olunmasında böyük rolunun olduğunu bidirmişdir.

Daha sonra tədbirdə uşaqların ifasında müxtəlif rəqslər, müsiqilər səsləndirilmişdir. Yekunda tədbirdə iştirak edərək fərqlənən uşaqlara təltifnamələr və müxtəlif hədiyyələr verilmişdir. 

 

93.9 KB

 

69.1 KB

 

80.1 KB