Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin 3 saylı körpələr evi-uşaq bağçasında “Hər birimiz bir çiçək” adlı tədbiri olmuşdur

01.06.2018

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır.

İyun ayının 1-də Oğuz rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin, rayonda fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçasında “Hər birimiz bir çiçək” adlı tədbiri olmuşdur.     

Tədbiri giriş sözü ilə bağçanın müdiri D.Ağayeva açaraq, gələn qonaqları salamladı və körpə fidanları eləcədə onların timsalında bütün dünya uşaqlarını bu bayram münasibəti ilə təbrik etdi.

Sonra Uşaq şöbəsinin müdiri K.Cəfərova “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür” başlıqlı, böyük yaş qrupunun tərbiyəçi müəllimi M.Atakişiyeva  “Uşaqlar bizim gələcəyimizdir” başlıqlı məruzələr ilə çıxış etdilər.

Sonra söz uşaqlara verildi. Uşaqlar şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər.

 

2.5 MB

 

1.5 MB

 

1.9 MB