Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Sən məni yad etsən...”

15.05.2018

15 may 2018-ci il tarixdə Səməd Vurğun adına folklor evində 21 saylı məktəb ilə birlikdə Hikmət Ziyanın yaradıcılıq gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin müəlliməsi  Rəsmiyyə xanım açaraq Hikmət Ziyanın həyat yolundan söhbət açmışdır. Təhsil şöbəsinin metodisti Elxan müəllim şairin yaradıcılığı haqqında geniş məlumat verdi. Tədbirdə Hikmət Ziyanın ailə üzvləri iştirak etmişdir. Nəvəsi Günel xanım Hikmət Ziya haqqında öz xatirələrini şairi sevən tamaşaçılarla bölüşmüş, tədbirin hazırlanmasında əməyi olan kollektivə minnətdarlığını bildirmişdir. Hikmət Ziyanın portreti onun ailə üzvlərinə xatirə hədiyyəsi kimi təqdim olunmuşdur. Tədbirdə şairin təmsilləri, Şəki haqqında yazdığı xatirələri və şeirləri səsləndirilmişdir.

Sonda S.Vurğun adına folklor evinin direktoru Fəxrəddin Yusifov tədbir iştirakçılarına təşəkkürlərini bildirmişdir.

 

126.9 KB

 

104.2 KB

 

137 KB