Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ailə Günü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir

15.05.2018

15 may 2018-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ailə Günü” ilə əlaqədar olaraq rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayonun sayılıb-seçilən, uzun illər boyu ailələrininin bütövlüyünü qoruyub saxlaya bilmiş, hər kəsə xüsusən gənclərə örnək şəkildə 57 illik birlikdəliyi olan ailə iştirak etmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə nümunəvi ailəyə öz təbriklərini və arzularını çatdıtdırmışdır. Daha sonra tədbirdə çıxış edən rayon Qeydiyyat şöbəsinin müdiri Aybəniz Kələşova, Ağsaqqallar Şurasının sədri İsa Əhmədov, Ağbirşəklər Şurasının sədri Sona Qazıyeva milli-mənəvi dəyərlərimizdən, bu dəyərlər içində xüsusi yeri olan ailə dəyərlərindən danışmış, öz ürək sözlərini 57 il birgə ömür sürmüş nümunəvi ailəyə çatdırmışlar. Son olaraq çıxış edən ailə başçısı Ramazan Məmmədov ailə dəyərlərinin müqəddəsliyindən, özlərinin gənclərə örnək olan davranışlarından söz açaraq onlara məsləhətlər vermişdir. Yekunda rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə ailəyə hədiyyələr təqdim etmişdir/

Rəsmi hissədən sonra təbir çay süfrəsi ilə davam etmişdir.

 

75.5 KB

 

62.3 KB

 

65.3 KB