Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Festivalda Şuşa teatrı tamaşaçılara M.F.Axundzadənin komediyasını təqdim edib

13.05.2018

III Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü tamaşaçılara Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası təqdim olunub.

Şəkili teatrsevərlərə təqdim olunan birhissəli tamaşanın müəllifi teatrın baş rejissoru, Əməkdar Artist Loğman Kərimovdur.

Tamaşada əsas rolları teatrın aktyorları Teymur Məmmədov (Müsyö Jordan), Məmməd Məmmədov (dərviş Məstəli şah), Püstəxanım Zeynalova (Şəhrəbanu xanım), Hamlet Qənbərov (Hatəmxan ağa), Yaşar Muradov (Şahbaz) və başqaları oynayıblar.

Sonda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim edilib.

Festivalın proqramına uyğun olaraq mayın 14-də teatrın səhnəsində Şəki Dövlət Dram Teatrının hazırladığı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri oynanılacaq.

 

124.5 KB

 

122.6 KB

 

146.9 KB