Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir

12.05.2018

Mayın 12-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına start verilib. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, belə bir mötəbər teatr bayramının Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Hər il bu şəhərdə 3-4 beynəlxalq festival keçirilir.

Daha sonra mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, 145 illik tarixi olan Azərbaycan teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, son illər teatrlarımızın qazandığı uğurlardan danışıb.

Açılış mərasimindən sonra tamaşaçılara İranın “Titovak” teatr kollektivinin Şekspirin “Maqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsəri təqdim olunub.

Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.

 

127.8 KB

 

116.3 KB

 

86.8 KB