Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində Şəki fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllim və şagird heyəti elmi-praktik konfrans keçirmişdi

11.05.2018

10 may 2018-ci il tarixində Şəki Heydər Əliyev Mərkəzində Şəki fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllim və şagird heyəti elmi-praktik konfrans keçirmişdi. Giriş üçün söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Çingiz İsmayılova verildi. Məktəbin tarix müəllimi Amalya Aşurəliyeva “Heydər Əliyev keçmişimizdə, bu günümüzdə, gələcəyimizdə” mövzusunda geniş məlumat verdi. Sonra, söz X sinif şagirdləri Jalə Səlimovaya, Vüqanə Nurəliyevaya, Aysel Həmidovaya, Aysel İsayevaya  verildi. Konfransın bədii hissəsində məktəblilər mahnı və rəqslər ifa etdilər.

Tədbirdə Heydər Əliyev Mərkəzinin, MKS-nin V.İbrahim adına 9 saylı  kitabxana filialının və M.F.Axundzadənin ev muzeyinin  əməkdaşları iştirak etdilər. Yekun söz üçün liseyin direktoru Filqət Məmmədova verildi. Filqət müəllim tədbirdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.

 

35.1 KB

 

43.9 KB

 

33 KB