Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatalanın Car kənd Mədəniyyət evində II Qarabağ müharibəsinin iştirakçıları və Şəhid ailələri ilə görüş keçirilib

07.04.2021

Zaqatalanın Car kənd Mədəniyyət evində “Bu Vətən hər birimizindir” mövzusunda II Qarabağ müharibəsinin iştirakçıları və Şəhid ailələri ilə görüş keçirilib.

Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirin əvvəlində Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova Şəhidlərimizin və qazilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlardan və Prezident İlham Əliyevin Şəhid və qazı ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə iştirak edən, Aprel şəhidi Sərxan Bayramovun anası Həlimə xanım II Qarabağ müharibəsindən qalibiyyətlə qayıtmış əsgərlərə təşəkkür edərək, onların oğlu Sərxan və digər Şəhidlərimizin qanını yerdə qoymadıqlarını kövrəkliklə dilə gətirib.

 Sonra Mərkəzin bədii rəhbəri Samirət Hümbətova, qazilərdən Elnur Arazov, döyüşçü Maqomed Tintinov, mədəniyyət işçilərindən Töhvə Paşayeva,Gülbahar Musayeva və Məmmədnəbi Abramov çıxış edərək, ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçıları kənd qəbiristanlığındakı Şəhid məzarlarını ziyarət ediblər.

 

140.9 KB

 

160.5 KB

 

95.2 KB