07.04.2021
Qax rayon MKS –nin Turaclı kənd kitabxanasında Koronavirusa yoluxma hallarına yol verilməməsi və virusun qarşısının alınması məqsədilə kitabxananın binasında, binalardakı ümumi istifadə yerlərində dezinfeksiya işləri aparılıb.
Eyni zamanda kitabxananın əməkdaşlarına gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin qorunmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, tibbi maskalardan istifadənin məcburiliyi izah olunub, tövsiyələr verilib.