Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qaxın Zərnə kəndində Şuşa fatehi, Şəhid Hacıəhməd Hacıəhmədlinin xatirəsi anılıb

07.04.2021

Aprelin 6-sı Qax rayon Zərnə kəndinin yetirməsi, Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan, Şuşa fatehi Hacıəhməd Hacıəhmədlinin doğum günüdür. Bu münasibətlə Zərnə kənd Mədəniyyət evinin kollektivi Şəhidin doğmalarıyla birlikdə onun məzarını ziyarət ediblər. Mərasimdə iştirak edən Şəhidin döyüş yoldaşları Hacıəhmədin kecdiyi şərəfli,qəhrəmanlıq dolu doyuş yolundan söhbət acıb və Şuşa şəhərindən gətirdikləri torpağı Şəhidin məzarı üzərinə səpiblər.

Anım tədbirində səsləndirilən çıxışlarda bildirilib ki, Sentyabrın 27-dən etibarən ordumuzun əks hücum əməliyyatlarında qəhrəmanlıq göstərən 23 yaşlı Hacıəhməd Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçın dəhlizinin işğaldan azad edilməsi uğrundakı döyüşlərdə iştirak edib. O, bu döyüşlərdə 8 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb. Ayağından və gözündən yaralanmasına baxmayaraq, 15 günlük məzuniyyətdən imtina edərək, müalicə olunduğu qospitaldan birbaşa cəbhəyə yollanıb.

Hacıəhmədin son döyüşü noyabrın 7-də Şuşada olub. O, Şuşa qalası ətrafında ən uca zirvəni fəth edən zaman Şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, Şuşanın, Füzulinin və Qubadlının azad olunması uğrunda medalları ilə təltif edilib. Şəhid Zərnə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid hərbi qulluqçunun valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərib Şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

 

227.8 KB

 

192.2 KB

 

233.8 KB