Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Kərimli kənd məktəbində ”Nizami Gəncəvi İli” adlı kitab sərgisi təşkil olunub

03.03.2021

Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanasının təşəbbüsü ilə  Kərimli kənd tam orta məktəbində "Nizami Gəncəvi İli" ilə əlaqədar olaraq dahi şairin kitablarından ibarət sərgi təşkil olunub.

Şagird və müəllimlərin iştirak etdilkləri sərgidə kitabxanaçı Gülnarə Məmmədova sərgi  haqqında məlumat verib. Bildirilib ki, yanvarın 8-də ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il "Nizami İli" elan olunub. Dahi sənətkarın parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub  saxlamaqdadır. Nizami Gəncəvi təkcə Türk dünyasının deyil, həm də bütün dünyanın şairidir. O həm öz dövrünün, həm də bizim dövrümüzün fikir, söz adamıdır.
Sonra məktəblilər sərgi ilə yaxından tanış olaraq, öz fikirlərini bildiriblər.

 

97.9 KB

 

91.3 KB

 

69.8 KB