Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Uşaq İncəsənət məktəbində “Dastana döndü” adlı xatirə gecəsi təşkil olunub

03.03.2021

Qax rayon Uşaq İncəsənət məktəbində II Qarabağ müharibəsində Şəhid olmuş Xudayar Yusifzadənin xatirəsinə “Dastana döndü” adlı xatirə gecəsi təşkil edilib və tədbir onlayn şəkildə yayımlanıb.

Tədbirdə məktəbin Xanəndəlik sinfinin müəllimlərinin ifasında Vətənə və Şəhidlərə sevgi rəmzi olaraq, “Xudayar təsnifi” səsləndirilib.

II Qarabağ müharibəsində nişançı-tankçı kimi iştirak etmiş, məktəbin əməkdaşı  Niyazi Mirzəbəyov da təsnifi ifa edənlərin sırasında olub və o, bu təsniflə 44 günlük Vətən müharibəsinin bütün Şəhidlərini bir daha yad etdiklərini bildirib.

 

106.8 KB

 

78.4 KB

 

58.7 KB