Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki 2 nömrəli Uşaq Musiqi məktəbinin kollektiv üzvləri Şəhid Xudayar Yusifzadənin məzarını ziyarət ediblər

03.03.2021

Şəki 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət bir qrup kollektiv üzvü torpaqlarımıza azadlıq gətirənlərın sırasında imzası olan, 22 yaşlı Şəhid gizir Xudayar Yusifzadənin məzarını ziyarət etmək üçün Bərdə şəhərinə səfər ediblər.

Şəki və Bərdə Regional Mədəniyyət İdarələrinin dəstəyi ilə baş tutan səfər zamanı kollektiv üzvləri oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Şəhidin Bərdə şəhər Şəhidlər xiyabanındakı məzarı üzərinə gül-çiçək dəstələri düzüb, onun əziz xatirəsini anıblar.

Sonra ziyarətçilər Şəhidin ev muzeyində olub, onun ailə üzvləri ilə görüşüblər. Görüşdə ziyarətçiləri səmimiyyətlə qarşılayan ev sahibləri, Şəhidin nənəsi Tovuz Məmmədova və qardaşı Məhəmməd Yusifzadə Xudayarın uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən, onun Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak etdiyindən, Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi  ətrafında ağır yaralanaraq, Şəhadətə yüksəldiyindən danışıblar. Qeyd olunub ki, İndi Xudayardan geriyə qalan Zəngilanda oxuduğu “Vətən yaxşıdır” mahnısıdır. Sosial şəbəkələrdə ən çox izlənən bu video həm də ailəsinin təsəlli yeridir. O, Şuşanı görməsə də, Şuşa azad oldu və Şuşada dalğalanan üçrəngli bayrağın qırmızısında bütün Şəhidlərimiz kimi Xudayarın da qanının rəngi var.

Daha sonra anım tədbiri 1 nömrəli Bərdə şəhər Uşaq İncəsənət məktəbində davam etdirilib.  Tədbirdə Şəki 2 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Tərlan Məmmədov xalqımıza belə qəhrəman övlad bəxş edən ailəyə minnətdarlığını bildirib, məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

 

104 KB

 

97.5 KB

 

67.5 KB