Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mədəniyyət işçiləri Vətən müharibəsində pensiyasını orduya bağışlayan Hikmət babanı ziyarət ediblər

03.03.2021

Şəki Regional Mədəniyyət İdarəsinin və 2 nömrəli Uşaq Musiqi məktəbinin  bir qrup əməkdaşı Od şərşənbəsi münasibətilə Vətən müharibəsində pensiyasını orduya bağışlayan, Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayevi evində ziyarət ediblər.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova Hikmət babanı təbrik edib, ona atdığı nəcib addıma görə artıq bütün ölkənin, eləcə də Şəkililərin sevimlisinə çevrildiyini bildirib.

Müharibə günlərində keçirdiyi həyəcanlı anlardan, Ordumuzun qələbə müjdəli xəbərlərindən sevindiyindən və bununla hədsiz qürurlandığından danışan Hikmət baba ona göstərilən diqqətə görə mədəniyyət işçilərinə təşəkkürünü bildirib.

 

82.1 KB

 

86 KB

 

85.6 KB