03.03.2021
Qax rayonu Əmbərçay kənd kitabxanası və kənd klubunun bir qrup əməkdaşı II Qarabağ müharibəsinin Qazisi, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” , “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Yunusov Xaqani Çingiz oğlu ilə görüşüblər.
Görüş zamanı Xaqani Yunusov könüllü olaraq cəbhəyə yollandığından, Sentyabrın 27-də Füzuli rayonunun Horadiz istiqamətində gedən döyüşlərə qatıldığından, üç rayonun alınmasında iştirak etdiyindən və Cəbrayil rayonunun Nüzgər kəndi uğrunda gedən döyüşdə ayağından ağır yaralandığından danışıb.
Ziyarətçilər Qazinin qayğıları ilə maraqlanaraq, ona tezliklə sağlığına qovuşmasını arzulayıblar.