Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbin kollektiv üzvləri Şəhid Şahmar Soltanlının məzarını ziyarət ediblər

22.02.2021

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbin bir qrup kollektiv üzvü Şəhid Şahmar Soltanlının məzarını ziyarət ediblər.

Ziyarət zamanı səsləndirilən çıxışda bildirilib ki, bu gün məktəbin müəllimi Gülxar Qədirovanın oğlu, məktəbimizin məzunu Soltanlı Şahmar Qnyaz oğlunun doğum günüdür. O, 1996-cı il fevral ayının 20-də Şəki şəhərində anadan olub. 17 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Noyabrın 24-də Şəki şəhərində dəfn edilib.

Daha sonra ziyarətçilər tərəfindən torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksələn digər Şəhidlərin, o cümlədən məktəbin məzunu  Elnur İsmayılovun abidələri ziyarət edilərək, onların əziz xatirələri anılıb.

 

72.3 KB

 

84.7 KB

 

75.2 KB