Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Qumlaq kənd kitabxanasında “Beynəlxalq Ana dili Günü” qeyd olunub

22.02.2021

Fevralın 21-də Oğuzun Qumlaq kənd  kitabxanasında Zoom proqramı vasitəsilə “Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş kompozisiya təşkil edilib.

Qumlaq kənd kitabxanasının fəal oxucularından Ü.Xəlilzadə, R.Abbasova, A.Vahabova, G.Vəliyeva G.Əhmədova, Oğuz rayon MKS-nin direktor əvəzi N.Qasımova, informasiya-resurs şöbəsinin müdiri M.Bəkirova və kənd filiallarının əməkdaşlarının iştirak etdikləri tədbirdə  kitabxanaçı R.Ağababayeva Beynəlxalq Ana dili günü  haqqında ətraflı məlumat verib və məktəblilərin ifasında Ana dilinə həsr olunmuş şeirlərdən, hikmətli sözlərdən ibarət kompozisiya təqdim olunub.

Sonra N.Qasımova, M.Bəkirova, R.Əzizova, N.Nurməmmədova, T.Verdiyeva, A.Hüseynova və başqaları çıxış edərək, mövzu ətrafında öz fikirlərini söyləyibilər.

 

62.2 KB

 

49.6 KB

 

238 KB