22.02.2021
Fevralın 21-də Oğuzun Qumlaq kənd kitabxanasında Zoom proqramı vasitəsilə “Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş kompozisiya təşkil edilib.
Qumlaq kənd kitabxanasının fəal oxucularından Ü.Xəlilzadə, R.Abbasova, A.Vahabova, G.Vəliyeva G.Əhmədova, Oğuz rayon MKS-nin direktor əvəzi N.Qasımova, informasiya-resurs şöbəsinin müdiri M.Bəkirova və kənd filiallarının əməkdaşlarının iştirak etdikləri tədbirdə kitabxanaçı R.Ağababayeva Beynəlxalq Ana dili günü haqqında ətraflı məlumat verib və məktəblilərin ifasında Ana dilinə həsr olunmuş şeirlərdən, hikmətli sözlərdən ibarət kompozisiya təqdim olunub.
Sonra N.Qasımova, M.Bəkirova, R.Əzizova, N.Nurməmmədova, T.Verdiyeva, A.Hüseynova və başqaları çıxış edərək, mövzu ətrafında öz fikirlərini söyləyibilər.