22.02.2021
Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva, MİHİ Balakən rayon Komitəsinin sədri və Mədəniyyət Mərkəzinin əməkdaşları Xalata kənd sakini, II Vətən müharibəsinin Qazisi, kiçik çavuş Qalakiyev Məhəmməd Cavad oğlunun görüşünə gedərək, ona maddi və mənəvi dəstək göstəriblər.
Görüş zamanı Məhəmməd Qalakiyev Füzuli rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə fəal iştirak etdiyindən və 10 oktyabr tarixində yaralanmasından danışıb. “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş qəhrəmanımız atası Cavad Qalakiyevin də I Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirib.