22.02.2021
Zaqatalanın Car kənd kitabxana filialının təşəbbüsü ilə Vətən müharibəsinin qazisi Elxan Arasovla görüş təşkil olunub.
Görüşdə Zaqatala rayon Mərkəzi Kitabxasının direktoru Gülniyar Məmmədova, Kebeloba kənd kitabxana filalının müdiri Mina Mahmudova və digər kitabxana əməkdaşları iştirak ediblər. Görüşdən məmnunluğunu bildirən Elxan Arasov özünün döyüş xatirələrindən, Azərbaycan əsgərinin düşmən üzərindəki üstünlüyündən bəhs edərək, Azərbaycan ordusunun hər zaman ölkəmizin ərazi bütövlüyünü qorumaq iqtidarında olduğunu bildirib.