22.02.2021
Balakən rayonu Kortala kənd Diyarşünaslıq evinin müdiri Şəfa Məmmədova II Vətən müharibəsindəki döyüşlərdə Şəhid olmuş Xəqani Nəsibovun ailəsini ziyarət edərək, ailəyə maddi və mənəvi dəstək göstərib.
Görüş zamanı ailə üzvləri tərəfindən Şəhidin rəşadətli döyüş yolu barədə məlumat verilib. Bildirilib ki, 6 ayrı-ayrı komandada döyüşən Xəqani Nəsibov oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub və ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.