Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatalada “Heydər Əliyevin təhsilimizə verdiyi dəyər” mövzusunda vebinar keçirilib

13.01.2021

Zaqatalada rayon Heydər Əliyev Mərkəzinin,  Yuxarı Çardaxlar və Uzunqazmalar kənd tam orta məktəblərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin təhsilimizə verdiyi dəyər” mövzusunda vebinar keçirilib.

Tədbirdə mərkəzin əməkdaşları tərəfindən Heydər Əliyevin Azərbaycan təhsilində müstəsna roluna dair məruzələr səsləndirilib. Sonra məktəb şagirdlərinin Ulu Öndər Heydər Əliyevə dair ürək sözləri və məktəbli Tunar Əliyevin Azərbaycan ordusunun qələbəsinə dair şeiri səsləndirilib. Daha sonra Uzunqazmalar tam orta məktəbinin direktoru Sədaqət Əsgərova çıxış edərək, Heydər Əliyevin sayəsində Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan, onun qayğısı ilə çoxsaylı azərbaycanlı tələbənin xaricdə təhsil almasından, mütəxəssis kimi formalaşaraq, ölkəmizə xidmət etməsindən bəhs edib.

 

145 KB