09.01.2021
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Bakı Musiqi Akademiyasının məktəb-studiyasının 40 illiyinə həsr olunmuş onlayn “AKADEMİK, XALQ VƏ CAZ MUSİQİSİ İFAÇILARININ BEYNƏLXALQ MÜSABİQƏSİ”-ndə müvəffəqiyyətlə iştirak ediblər.
Müsabiqəyə qatılanlardan, məktəbin fortepiano ixtisası üzrə III sinif şagirdləri Nübar Əbdürrəhmanova, Melisa Məcidova, Sona Həsənli, VI sinif şagirdi Günel Nəsibli və VII sinif şagirdi Aişə Fətəliyeva yarışmalarda uğurla iştirak edərək, müsabiqənin diplomlarına layiq görülüblər.