Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“MƏNİM YAY TƏTİLİM - 2020” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.

18.11.2020

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan olunmuş “MƏNİM YAY TƏTİLİM-2020” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.

Ümumilikdə müsabiqəyə Azərbaycanın müxtəlif guşələrindən iki yaş kateqoriyası üzrə-12 yaşa qədər, 12-17 yaş arası 600-ə yaxın uşaq və yeniyetmələr əsər göndərmişdir.

Nəzərinizə çatdırırıq ki, birinci turdan 280-dən çox əsər sərgilənmək üçün seçilmiş və seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunacaq.

Tədbirə ən çox seçilən əsəri ilə Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Şirvan Dövlət Rəsm Qalereyası, 1 nömrəli UGİM, 108 nömrəli məktəb, Şamaxı şəhər İncəsənət Təhsili şöbəsi, ABC Tədris mərkəzi, 4 nömrəli UİM, Naxçıvan şəhər C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəb, 5 nömrəli UİM, Palitra art, Pozitiv Kids Studio, Qazax Dövlət Rəsm Qalereyası, Ceyranbatan qəsəbəsi UİM, 5 nömrəli UİM və bir çox uşaq yaradıcılıq mərkəzlərinin adlarını qeyd etmək olar.

Ən yaxşı 11 əsərin müəllifləri aşağıda qeyd olunmuşdur.

· Ağamirzəyeva Nərmin Sədrəddin qızı - 5 nömrəli UİM.

· Aslanova Selcan Zaur qızı - Gəncə şəhəri 26 nömrəli məktəb.

· Qədirzadə Araz Bəxtiyar oğlu - 25 saylı məktəb.

· Heybətova Billurə Ceyhun qızı – Şamaxi şəhər İncəsənət Təhsili Mərkəzi.

· Abdullayeva Aysu Abdulla qızı - 4 nömrəli UİM.

· Bağırzadə Nəimi Ərşad oğlu - Naxçıvan şəhər C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəb.

· Əliyeva Aytac Araz qızı - Naxçıvan şəhər C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəb.

· Məmmədova Mədinə Nurəddin qızı - 5 nömrəli UİM.

· Musayeva Xuraman Aslan qızı - Palitra Art.

· Qurbanov Murad Eldəniz oğlu - Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi.

· Təhməzova Nuriyə Tahir qızı - Sabir adına Kitabxana.

Nəzərinizə çatdıraq ki, iştirakçılar www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim – 2020” anketini doldurmaqla qoşulublar.

Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edümap,Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

Onlayn sərgini https://www.yumpu.com/xx/document/read/64860651/menim-yay-tetilim-2020-onlayn-sergisi linkinə daxil olmaqla və ya Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləmək mümkündür.

 

430.3 KB