Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzda “Vətənpərvərlik ən ülvi hissdir” adlı videokonfrans keçirilib

25.09.2020

Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə gənclərdə hərbi vətənpərvərlik hisslərinin güçləndirilməsinin təbliği ilə bağlı ”Vətənpərvərlik ən ülvi hissdir” adlı videokonfrans keçirilib.

“Zoom” proqramı vasitəsilə keçirilən tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbənin sektor müdiri Samir Salehov, Oğuz rayon üzrə YAP Gənclər birliyinin sədri Elşən Alcansoy,Gİİ-nin nümayəndələri, Mədəniyyət Mərkəzinin metodisti Anar Hüseynov,Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, MKS-nin direktoru Səhər Mikayılova və əməkdaşları, Mərkəzi kitabxananın fəal oxucuları və bir qrup gənc iştirak ediblər.

Tədbiri Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova açaraq, giriş nitqi söyləyib. Bildirilib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir, biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Azərbaycan xalqı qəhrəman xalqdır, və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında şəhid olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.

Sonra Oğuz rayonu üzrə YAP Gənclər birliyinin sədri Elşən Alcansoy hazırkı vəziyyətdə Oğuz rayon gənclərinin ön cəbhədə olan əsgərlərə göstərdikləri maddi və mənəvi dəstəyindən söhbət açaraq, sosial şəbəkələrdə istifadə olunan informasiya mənbələrinə ciddi fikir verilməsini və hərbçilərimiz haqqında məlumatların yayılmasında ehtiyat tədbirlərinin nəzərə alınmasını xüsusi ilə vurğulayaraq, gənclərdə vətənpərvərlik hisslərinin təbliği sahəsində görülən işlərdən danışıb.

Tədbir fəal oxucu Röya Salehovanın, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Kəmalə Cəfərova və oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Ləman Babayevanın çıxışları ilə başa çatıb.

 

48.7 KB

 

48.2 KB

 

47.5 KB