25.09.2020
Balakən rayon Katex kənd Folklor evində 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə əlaqədar olaraq "Könüllülər bizim gələcəyimizdir" adlı videokonfrans keçirilib.
Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan verilməsi, onlarda sosial məsuliyyət hissininin artırılması, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə edilməsi barədə danışılıb. Sonra gənc könüllülərdən M.Qeybullayev və N.Kərimova çıxış edərək, konfransın mövzusuna dair öz fikirlərini bildiriblər.