Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Yemişənli kənd kitabxanasında “Bilik günü” ilə əlaqədar dəyirmi masa təşkil edilib

15.09.2020

Oğuz rayon MKS-nin Yemişənli kənd kitabxana filialında kitabxananın və kənd klubunun birgə təşkilatçılığı ilə “Bilik günü” ilə əlaqədar dəyirmi masa təşkil edilib.

Tədbirdə kitabxananın müdiri R.Tahirova məruzə ilə çıxış edib. Çıxışda bildirilib ki, tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Sonra azyaşlı uşaqlardan Aynişan Novruzova "Müəllim",   Səbinə Mirzəyeva "Bayraq", Rəvan Dadaşov "Kitab" şeirini söyləyiblər. Klubun mədəni kütləvi təşkilatçısının  "Bilik Günü" münasibətilə təbrik nitqi ilə tədbir sona çatıb.

 

191 KB

 

184 KB

 

89.4 KB