Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəkinin mədəniyyət müəssisələrində təkrar dezinfeksiyaedici tədbirlər aparılıb

15.09.2020

Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə sanitar-dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Koronavirus (COVİD-19) pandemiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə şəhərin Narınqala, Oxud kənd, Şorsu kənd, Şəki kənd Folklor klublarında, Ü.Hacıbəyov adına şəhər Folklor evi, Kiçik Dəhnə Diyarşunaslıq klubu, Aşağı Göynük, Baş Küngüt Diyarşünaslıq və Baş Zəyzid Sənətkarlıq evlərində təkrar dezinfeksiyaedici tədbirlər aparılmışdır.

Eyni zamanda Nazirlər Kabineti yanında Baş Qərargahın təlimatı əsasında əməkdaşlara şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.

 

121.8 KB

 

63.2 KB

 

36.9 KB