Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuzun Muxas kənd filialında Üzeyir Hacıbəylinin 135 illiyi ilə əlaqədar informasiya saatı keçirilib

14.09.2020

Sentyabr ayında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Bu məqsədlə Oğuz MKS-nin 3 nömrəli Muxas kənd filialında Milli Musiqi günü  və Üzeyir Hacıbəylinin 135 illiyi ilə əlaqədar informasiya saatı keçirilib.

Tədbirdə səsləndirilən çıxışlarda bildirilib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Üzeyir Hacıbəylinin ədəbi-bədii irsi yeni nəslin təlim-tərbiyəsində indi də mühüm rol oynamaqdadır. Amalı, məqsədi öz xalqını qabaqcıl millətlər sırasında görmək olan Üzeyir bəy bütün həyatını soydaşlarımızın təhsilinə, elmi biliklərə yiyələnməsinə, onların mədəni səviyyəcə yüksəlməsinə, insanların mənəvi-əxlaqi tərəqqisinə həsr etmişdir. Bir bəstəkar kimi ölməz əsərlər yaradan, xalqımıza “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” kimi sənət inciləri yadigar qoyub gedən Üzeyir Hacıbəyli həm də çox gözəl yazıçı, publisist kimi fəaliyyət göstərib. Onun yazıb çap etdirdiyi məqalələrdə, felyetonlarda, satirik hekayələrdə xalqını, millətini dərin məhəbbətlə sevən bir insanın düşüncələri öz əksini tapıb.

 

110.2 KB

 

110.6 KB