Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa xidmət simvoludur” mövzusunda videokonfrans keçirilib

14.09.2020

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa xidmət simvoludur” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə Respublikanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak ediblər. Videokonfransı mərkəzin direktoru Nərminə Omarova açaraq, konfransın mövzusunu elan edib Ulu Öndərimiz haqqında danışmağın çox qürurverici olduğunu bildirib. Sonra Mərkəzin fond mühafizi Arzu Dunusova “Heydər Əliyev dühası” adlı məruzəsi dinlənilib. Daha sonra Lerik Heydər Əliyev Mərkəzinin direktoru Husaməddin Abbasov, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova mövzu ətrafında çıxış edərək, maraqlı fikirlər səsləndiriblər.

 

854.3 KB

 

778.4 KB