Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə videokonfrans keçirilib

01.08.2020

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə malik olan Ana dilimiz ulu babalardan xalqımıza miras qalan ən qiymətli sərvətdir.

Bu fikir 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Zaqatala rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə keçirilən videokonfransda səsləndirilib.

Ziyalıların, kitabxana işçilərinin iştirak etdiyi konfransı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova açaraq, ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

Konfransda səslənən məruzə və çıxışlarda Ana dilinin hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyatının aynası olduğu xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan dili qədim dövrlərdən başlayaraq böyük inkişaf yolu keçib, uzun əsrlərboyu cilalana-cilalana formalaşıb.

Çıxış edənlər Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bu siyasi xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Videokonfransda iştirak edən kitabxanaçılar oxucuların Azərbaycan dilində latın qrafikasında olan nəşrlərə marağının artdığını bildiriblər.

 

207.1 KB