Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon Mərkəzi Kitabxanasında Azərbaycan Əlifbası gününə həsr olunmuş videokonfrans keçirilib

01.08.2020

Balakən rayon Mərkəzi Kitabxanasında 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili gününə həsr olunmuş videokonfrans keçirilib. Konfransda MKS- in şöbə və kənd kitabxana filiallarının müdirləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları və  fəaı oxucular iştirak ediblər.

Konfransı MKS-nin direktoru Məryəm Tağıyeva açaraq, əsrlər boyu sınaqlardan üzüağ çıxmış Azərbaycan və doğma dilimiz olan ana dilimiz Azərbaycan dilimizin xalqımızın milli sərvəti olduğunu qeyd edib. Dilini itirən xalq məhvə məhkumdur fikrini kitabxanaçıların diqqətinə çatdırıb və iştirakçıları Qurban bayramı münasibətilə təbrik edib.

MKS-nin Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mehriban Çuxova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Ana dilimizin saflığı uğrunda, dilimizin dövlət səviyyəsinə qalxmasında görülən misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, 1995- ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul olunub. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı, dilimiz gələcək nəsillərə ötürüləcəkdir.

Sonra Məlikzadə kənd kitabxanasının müdiri Şəfiqə Məmmədova, kitabxanaçı Billurə Muradova və başqaları çıxış edərək, Azərbaycanda çoxlu sayda əlifbaların dəyişdiyini və dəyişikliyin xalqımızın mədəniyyətinə, tarixinə, dilinə nə qədər ziyan vuran məsələ olduğunu diqqətə çatdıraraq, dilimizin saflığını qorumağın və gənc nəsillərə ötürməyin vacib olduğunu vurğulayıblar.

 

82.1 KB