Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Daxili Qoşunların yaranma günü münasibətilə Şəki N saylı hərbi hissədə konsert təşkil edilmişdir

11.03.2018

1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.

Daxili Qoşunların sıralarından yüzlərlə vətən oğlu şəhid oldu. Onlardan 9 nəfərinə (8-inə ölümündən sonra) ölkəmizin ən yüksək adı olan "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşlar. Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük rolu olmuşdur. Bütün  bunları  nəzərə  alaraq  Azərbaycan  Respublikasının Prezidenti  Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.

11 mart 2018-ci il tarixdə  DİN-nin  Daxili  Qoşunlarının Şəkidə yerləşən N  saylı hərbi hissədə konsert təşkil edilmişdir. Daxili Qoşunların yaranması günü münasibəti ilə keçirilmiş konsertdə M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin və onun tabeliyində olan  V.İbrahim adına şəhər folklor evinin və B.Ələsgərova adına klubun kollektivləri iştirak etmişdir. Mədəniyyət Mərkəzinin  işçiləri Rəşad  Rüstəmov və  Nazilə Qaffarovanın aparıcılığı ilə başlanan tədbirdə ilk olaraq söz taborun komandiri polkovnik-leytenant Rəşad Hüseynova verilmişdir. Sabir Mustafayevin rəhbərliyi ilə “İpəkçi” instrumental ansamblının müşayiəti ilə müğənnilərdən Zabil Məmmədov, Sərdar Yunusov əsgər və zabitlərin bayramını öz nəğmələri ilə təbrik etmişlər. Əsgərlərdən  Əliyev, Hüseynov və Abdullayev bayram münasibəti ilə öz ürək sözlərini söyləmiş və hərbi heyət üçün mahnılar ifa etmişlər. Mədəniyyət Mərkəzinin rəqs kollektvinin üzvləri Murad və Leyla Azərbaycanın xalq rəqslərini ifa etmişdir. Mərkəzin direktoru sonda zabit və əsgərləri bayram münasibəti ilə təbrik etmişdir. Tədbir bütün  iştirakçı və hərbçilərin birlikdə  “Yallı” rəqsi ilə başa çatmışdır.

 

29.6 KB

 

40.8 KB

 

33 KB