Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Novruz təranələri” baxış-müsabiqəsinə yekun vuruldu

09.03.2018

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində 1978-ci ilin  mart ayından  başlayaraq  hər il keçirilən şəhər və kənd bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə  “Novruz təranələri” devizi altında  baxış-müsabiqəyə yekun vurulmuşdur.

Yeniyetmə istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi  daşıyan müsabiqə 2018-ci il mart ayının 1-dən 10-a qədər davam etmişdir. Şəki şəhər, rayon umumtəhsil məktəblərindən 200–ə  yaxın uşaq və yeniyetmələrin arasından ən yaxşı istedadlılar münsiflər - M. F.Axundzadə  adına Mədəniyyət Mərkəzinin  direktoru Cəlilov Aqaəli, Mədəniyyət Mərkəzinin drijoru Məmədov Zabil, Uşaq İncəsət Məktəbinin  rəqs müəlliməsi Əsədova Xumar, Qoxmuq kənd folklor evinin  bədii rəhbəri Cabil Camılov, Gənclər və İdman İdarəsinin məsləhətçisi Bağırova Səbahət və MİHİ Şəki RK-nın  təlimatçısı ƏliyevaNəzakət tərəfindən seçilmişdir. “Novruz Təranələri” adlı müsabiqədə fərqlənmiş  yeniyetmələri  mükafatlandıracaqlar.

 

158.2 KB

 

169.5 KB

 

155.8 KB