Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qaxda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə videokonfrans keçirilib

22.05.2020

Qax rayon Tarix-Diyarsünaslıq muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə videokonfrans keçirilib. Videokonfransı giriş sözü ilə muzeyin direktoru Mahir Əfəndi açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb və iştirakçıları qarşıdan gələn Respublika Günü münasıbətilə təbrik edib. Sonra muzeyin elmı işcisi Leyla Səfərovanın “Qax –Azərbaycan Xalq Cumhuriyyəti illərində’’ adlı məruzəsi dinlənilib. Daha sonra Şəki Reqional Mədəniyyət İdarəsinin məsləhətçisi Ulkər Mahmudova, Şəki Reqional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Qax rayon MKS direktoru Güllü Əhmədova, Qax rayon MKS direktor müavini Ahidə Əfəndiyeva, Qax rayon Uşaq İncəsənət Məktəbinin direktoru Xatirə İmamova , İsmayıl Dağıstanlının xatirə ev muzeyinin fond müdürü Həlimə Muxtarova çıxış edərək, 23 ay fəaliyyət göstərmiş AXC–nin Azərbaycan tarixindəki rolundan, həmin illərdə Azərbaycan mədəniyyətinə göstərilən dövlət qaygısından danışıblar.

Qax rayon Tarix-Diyarsünaslıq muzeyi 

21.2 KB

Qax rayon Tarix-Diyarsünaslıq muzeyi 

21.2 KB

Qax rayon Tarix-Diyarsünaslıq muzeyi 

48.4 KB