Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib

19.05.2020

19 may 2020-ci il tarixində Şəki Regional Mədəniyyət İdarəsinin onlayn video müşavirəsi keçirilib. Müşavirədə, rayonlar üzrə nümayəndələr və müəssisə rəhbərləri iştirak edib. İdarə rəisi Mirvari Zeynalova son günlər mədəniyyət sahəsində baş verən hadisələr, koronavirus epidemiyası ilə əlaqədar mədəniyyət işçilərinin təbliğat və maarıfiləndirmə işlərində fəal iştirakı, onlayn tədbirlər və distant dərslər barədə danışdı.
Həmçinin uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri tərəfindən distant dərslərin gündəlik olaraq keçirilməsi, fəaliyyəti bərpa edilmiş müəssisələrdə işçilərin nizam-intizam və sanitar gigiyena qaydalarına ciddi riayət etmələri, muzey və sərgi salonlarında sosial məsafənin saxlanılması, hazırlanan videoçarxların keyfiyyətinin daha da yaxşılaşdırılması və əlamətdar günlərlə bağlı video materialların hazırlanaraq sosial şəbəkələrdə yerləşdirilməsi və bu işlərdə əməkdaşların fəal iştirakı istiqamətində müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

Şəki Regional Mədəniyyət İdarəsi 

18.8 KB