Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Qumlaq kənd kitabxanasının təşkilatçılığı ilə Beynəlxalq ailə gününə həsr olunmuş görüş keçirilib

19.05.2020

Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanasının təşkilatçılığı ilə Beynəlxalq ailə gününə həsr olunmuş görüş keçirilib. Kitabxanaçı Ruziyə Ağababayeva Qumlaq kənd sakini Elman Abdullayevin ailəsində olmuş, ailə üzvləri ilə söhbət aparmışdır. Beynəlxalq ailə günü haqda məlumat verərək bildirmişdir ki, milli- mənəvi dəyərlərimizdən biri də ailədir. Ailə özlüyndə kiçik bir dövlətdir və hər bir ailə başçısı bu dövləti milli- mənəvi dəyərlər əsasında idarə edir. Abdullayevlər özlərinin təcrübəsindən danışaraq, gənc ailələrə bir-birinə güzəştə getməyi, böyüklərdən öyrənməyi, çətinliklərə birlikdə qalib gəlməyi tövsiyə ediblər.

Kitabxanaçı R.Ağababayeva onlara uğurlar arzulayıb və görüş təklifini qəbul etdikləri üçün təşəkkürünü bildirib.

Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanası 

24.1 KB

Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanası 

24.4 KB

Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanası 

26 KB