Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb

19.05.2020

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə mayın 16-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mərkəzin direktoru Famil Rəhimov məlumat verib.

Direktor bildirib ki, dezinfeksiya işləri Mərkəzin muzey hissəsini, konfrans və akt zallarını, dərnək otaqlarını, kitabxana, dəhliz və digər ərazilərini əhatə edib. Onun sözlərinə görə, Mərkəzdə dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır. Mərkəzin giriş hissəsinə spirt və digər dezinfeksiyaedici məhlullar qoyulub.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi 

144.9 KB

Zaqatala rayon Heydər Əliyev Mərkəzi 

155.9 KB

Zaqatala rayon Heydər Əliyev Mərkəzi 

151.9 KB