Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə rayon tədbiri keçirilmişdir

07.03.2018

7 mart 2018-ci il tarixində Zaqatala  rayon Heydər Əliyev Mərkəzində  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə rayon tədbiri keçirilmişdir. Tədbir rəsmi və bədii hissədən ibarət olmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə qadınlara göstərilən diqqətdən, qadın əməyinə verilən qiymətdən danışıb. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, mənalı həyatı Azərbaycanda qadın əməyinin, qadın fədakarlığının, qadın vətənsevərliyinin bariz nümunəsidir. Azərbaycan qadını bu gün ana, vətəndaş, siyasətçi olaraq nümunə göstərilir. Onların səsi beynəlxalq təşkilatlardan, yüksək tribunalardan gəlir. Təsadüfi deyil ki, bu gün Zaqatala rayonunda da qadınlarımız istər dövlət qulluğunda, istər iqtisadi sahələrdə, istərsə də təhsildə və mədəniyyətdə nümunəvi fəaliyyətləri ilə tanınırlar.

Tədbirdə çıxış edənlər Azərbaycanda qadına, anaya daim böyük hörmət bəslənildiyini, ananın həmişə müqəddəs olduğunu, namus, qeyrət rəmzi sayıldığını bildiriblər. Onlar qeyd ediblər ki, tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı səhifəsi məhz qadının adı ilə bağlıdır və bu gün Azərbaycanda qadın hüquqlarının qorunmasına böyük diqqət göstərilir.  Azərbaycan qadınının gözəlliyi, nəcibliyi, mübarizliyi və dünyagörüşü Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti ilə tanınır.

Bədii hissəsi rayon musiqiçilərinin ifasında konsert proqramı ilə davam edən bayram tədbirində bir qrup fəal qadına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı, habelə bütün iştirakçılara hədiyyələr  verilib.

 

66.8 KB

 

68.5 KB

 

58.1 KB