Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Mərkəzi kitabxanasında “Nəsimi poeziyası” adlı şeir müsabiqəsinin I turun ikinci mərhələsi keçirildi

07.03.2018

600 ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yaxın   Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şerində, aşıqların sazında tərənnüm edilir. Nəsimi Azərbaycan dilində şerin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli söz sənətkarlarından biri olmuşdur.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Oğuz rayon Mərkəzi kitabxanasında 7 mart 2018-ci il tarixdə dahi şair İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd olunması ilə əlaqədar məktəblilər arasında “Nəsimi poeziyası” başlıqlı şeir müsabiqəsinin I turun ikinci mərhələsi keçirildi. Tədbirdə MKS-nin bütün filialları iştirak edirdi. Müsabiqədə münsiflər heyətində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə Baş məsləhətçisi U.Baxışova, MKS-nin direktoru S.Mikayılova, Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri K.Cəfərova iştirak edirdilər. İlk öncə Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri K.Cəfərova çıxış edərək bildirib ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində anadilli şeirin əsasını qoyan məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkardır. Nəsiminin yaradıcılığı Azərbaycan şeirinin və ədəbi dilinin inkişafında vacib bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan dilinin tarixi inkişafını öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir.

Daha sonra şagirdlərin ifası münsiflər heyəti tərəfindən dəyərləndirilərək, qalibi müəyyənləşdirdilər. Müsabiqənin  qalibləri Həsənli Günay və Rəşidli Səbinə  növbəti tura vəsiqə qazandılar.

 

185.2 KB

 

186.8 KB

 

189.7 KB