Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabit Rəhman-110

26.03.2020

Azərbaycan komedioqrafiyasının və kinodramaturgiyasının görkəmli nümayəndəsi Sabit Rəhman 26 mart 1910-cu ildə Şəki şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunmuşdur.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun,  bir çox hekayə və pyeslərin müəllifidir.

Komediyaşünas, yazıçı, ssenarist Sabit Rəhman Azərbaycan ədəbiyyatının böyük bir dövrünün formalaşması və təşəkkülündə özünəməxsus rolu olan sənətkarlardandır.  Onun gülüşü dövrün, şəraitin xüsusiyyətlərini daşımaqla yanaşı, insanı bioloji varlıq olaraq da güldürməyə vadar edir. Bu cəhətdən o, həyatı əksetdirmə üsulunda M.F.Axundzadə, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi sələflərinin yolu ilə gedərək ictimai-siyasi hadisə və münasibətlərin təsvirində "gülüş mədəniyyətinə" dərindən yiyələnmişdir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Şəki Dövlət Dram Teatrı Sabit Rəhmanın adını daşıyır və Şəki şəhərində Sabit Rəhmanın ev muzeyi fəaliyyət göstərir. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

 

84.1 KB