Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Ordu əfsanəsi–Həzi Aslanov” adlı maarifləndirici dərs keçirilib

12.02.2020

12 fevral 2020-ci il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzində cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi, həmçinin Həzi Aslanovun 110 illiyi ilə əlaqədar olaraq Şəhər 3 saylı məktəb-liseyin 6-cı sinif şagirdlərinin iştirakı ilə “Ordu əfsanəsi–Həzi Aslanov” adlı maarifləndirici dərs keçirilib.

Dərsi Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açaraq, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını diqqətə çatdırıb.

Sonra Mərkəzin kiçik elmi işçisi T.Əsədova “Ordu əfsanəsi–Həzi Aslanov” adlı məruzə ilə çıxış edərək bildirib ki, bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış II Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizə aparılmasında və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri vardır. 1941-1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuş, Azərbaycan diviizyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir.

Dərsin sonunda şagirdlər general-mayor Həzi Aslanova həsr edilmiş “Sizi dünyalar qədər sevirəm” adlı filmə tamaşa ediblər.

 

46.2 KB

 

48.8 KB

 

45 KB