Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Katex kənd kitabxana filialının təşkilatçılığı ilə “Nağıl saatı” təşkil olunub

10.02.2020

Fevral ayının 10-da Balakən MKS-nin Katex kənd kitabxana filialının təşkilatçılığı ilə rayonun Qarahacıllı tam orta məktəbin icma əsaslı təhsil mərkəzində balaca uşaqlar üçün “Nağıl saatı” keçirilib. Kitabxananın müdiri Tahirə Əfəndiyeva gətirdiyi jurnal və kitablarla uşaqları tanış edərək, onlara maraqlı nağıllar danışb. Balacalardan Amin, Tuncay, Miray, Murad, Oğuz, Nurxan və Yusif bildikləri şeirləri söyləyiblər. Tədbirin sonunda təhsil mərkəzinin müəllimi Hürü Süleymanova kitabxanaçılara təşəkkür edərək, belə görüşlərin tez-tez təşkil olunmasını arzuladıqlarını bildirib.

 

53.6 KB

 

48.5 KB

 

39.5 KB